SOSİUM

20 May

108 yaşlı qadın koronavirusa qalib gəldi

ABŞ-ın 108 yaşlı sakini bir həftə ərzində koronavirusu məğlub edərək, öz ştatında ən qocaman sağalmış xəstə olub.

Fins.az xəbər verir ki, bu barədə "People" məlumat yayıb.

Məlumata görə, 108 yaşlı Silviya Qoldşol yaşadığı qocalar evində koronavirusa yoluxub. O, dərhal digər yaşlılardan təcrid edilib.

Müalicə olunan Silviya bir həftə sonra tamamilə sağalıb.

"Mən xəstəliyi məğlub etdim, çünki yaşamaq üçün qətiyyətli idim", - deyə qadın bildirib. (publika.az)