SOSİUM

18 May

Yararsız attraksion və iaşə obyektləri bulvardan çıxarılıb

Dənizkənarı Bulvar İdarəsinin rəisi İlqar Mustafayev Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində çıxış edib.

Fins.az-ın xəbərinə görə, o bildirib ki, karantin müddətində yararsız attraksion və iaşə obyektləri bulvar ərazisindən çıxarılıb.

İdarə rəisi vurğulayıb ki, ərazidə hələ uşaq əyləncə qurğuları, gəmilər, qatarlar işlək olmayacaq.