SOSİUM

18 May

İbrahim Məmmədov: \"Rayonlara gediş-gəlişin açılması sanitar-epidemioloji vəziyyətdən asılıdır\"

Rayonlara gediş-gəliş və ölkə sərhədlərinin açılması sanitar-epidemioloji vəziyyətdən asılıdır.

Fins.az xəbər verir ki, bunu Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov deyib.

O, iyun-iyul aylarında toyların bərpa olunması ilə bağlı bu gün nəsə deyə bilmədiklərini söyləyib:

"Bugünkü statistika bunu deməyə əsas verir. Mütəxəssislər sonrakı günlərlə bağlı nə deyəcəksə o da olacaq".