“Məhdudiyyətlərin daha bir qisminin yumşaldılması xüsusi karantin rejimində çıxışla bağlı 3-cü mərhələ hesab oluna bilər”.
Fins.az xəbər verir ki, bunu Nazirlər Kabinetinin Mətbuat Xidmətinin rəhbəri İbrahim Məmmədov Nazirlər Kabineti yanında Operativ Qərargahın dünən keçirilən brifinqində deyib.
"Ona görə ki, aprelin 27-dən etibarən yumşaldılmanın birinci mərhələsi tətbiq olundu. Mayın 4-dən etibarən isə ölkə sarı və narıncı zonalara bölünərək yumşalma prosesi ikipilləli, ikisürətli, selektiv yanaşma metodu ilə tətbiq edilməyə başladı”, - deyə İ.Məmmədov bildirib.