"Bakı Nəqliyyat Agentliyi (BNA) 2019-cu il mayın 8-dən etibarən avtobusları mütəmadi texniki baxışdan keçirir”.
Avtosfer.az xəbər verir ki, bu barədə “AVTO FM” radiosunun efirində qonaq olan BNA-nın nümayəndəsi Nahid Quliyev deyib.
“Keçən il sentyabrın 25-nə kimi rüblük olaraq avtobusları texniki müayinədən keçirdik. Bura 2012 avtobus daxildir. Biz bu avtobusların texniki göstəricilərini ölçərək, hansıların təmirə ehtiyacının olub-olmaması barədə tapşırıqlar vermişik”.