SOSİUM

04 May

“Sürücülər postlarda sənədləri əvvəldən hazırlamırlar deyə tıxac yaranır”

“Martın 24-dən bəri karantin dövründə 21 milyon sərnişin daşınıb”.

Bunu Bakı Nəqliyyat Agentliyinin rəhbəri Vüsal Kərimli deyib.

O bildirib ki, pandemiyadan əvvəl Bakıda 2 min avtobus, bu gün isə 1750 avtobus xidmət göstərir: “Sıxlığın aradan qaldırılması üçün 18 metrlik avtobuslar xəttə buraxılıb. İki yüz yeni sürücü işə götürülüb. Nəqliyyat mərkəzlərində gündəlik dezinfeksiya işləri aparılır. Sürücülər əlcəklər və tibbi maskalarla təmin olunub.

 

Yaxın 3 gün ərzində bütün avtobuslarda sürücünü izolyasiya edən kabin hazır olacaq. Son günlərdə sərnişinlərin bəziləri çox məsuliyyətsiz yanaşır. Biz bunları kameralardan da izləyirik. Vətəndaşlar zərurət olmadan evlərini tərk etməsinlər”.

V. Kərimli əlavə edib ki, aprelin 20-da 573 min, aprelin 27-də 736 min sərnişin daşınıb: “Buradan görünür ki, vətəndaşlar zərurət olmadan nəqliyyatdan istifadə edirlər.

Bir həftə əvvəlki axınla bugünkü arasında 12 faiz artım var. Postlara yaxınlaşan zaman sürücülərin sənədlərini əvvəldən hazır etməməsi yoxlama zamanı tıxaclara səbəb olur”.

(c)Qafqazinfo