SOSİUM

04 May

“Taksilər haqda gecə-gündüz tarifi hazırlanıb”

“Taksi fəaliyyəti haqda BNA tərəfindən gecə tarifi, gündüz tarifi, taksi sayının kvotası və digər məsələlər haqda layihə hazırlanıb”.

Bunu BNA-nın rəhbəri Vüsal Kərimli deyib.

O bildirib ki, sadəcə bunun inzibati cərimələnmə mexanizmi yoxdur: “Qanunvericiliyə bununla bağlı dəyişikliklər təklif olunur. Hökumətə təkliflərimizi verəcəyik. Aprel ayı ərzində 3312 nəfər taksi fəaliyyəti ilə məşğul olmaq üçün müraciət edib, 2911 nəfərə lisenziya verilib”.

(c)Qafqazinfo