SOSİUM

04 May

Azərbaycanda zəlzələ oldu

Azərbaycanın qərb və şimal-qərb bölgəsində zəlzələ olub.

Fins.az xəbər verir ki, yeraltı təkanlar yerli vaxtla saat 00:03-də Daşkəsən rayonunda hiss edilib. 

Təxminən 2-2,5 bal gücündə olan yeraltı təkanlar bir neçə saniyə davam edib.

"Report"un Şimal-qərb bürosunun məlumatına görə, yeraltı təkanlar Zaqatala və Qax rayonlarında da hiss olunub.

Dağıntı və tələfat haqda məlumat yoxdur.

©Report