SOSİUM

02 May

Milli Məclisin mayın 5-də keçiriləcək iclasının gündəliyi açıqlanıb

Milli Məclisin mayın 5-də keçiriləcək plenar iclasının gündəliyi açıqlanıb.

Fins.az-ın xəbərinə görə, toplantının gündəliyinə 11 məsələ daxil edilib.

İclasda “Azərbaycan Respublikası Ali Məhkəməsi hakimlərinin təyin edilməsi haqqında”, “Bakı Apellyasiya Məhkəməsi hakimlərinin təyin edilməsi haqqında”, “Bir sıra məhkəmələrin hakimlərinin vəzifədən azad edilməsi haqqında”, “Dövlət rüsumu haqqında”, Vergi Məcəlləsinə və s qanunlara dəyişiklik layihələri müzakirəyə çıxarılacaq.