SOSİUM

21 Aprel

Sumqayıt-Bakı elektrik qatarlarının hərəkətində ləngimənin SƏBƏBİ AÇIQLANDI

Bu gün saat 08:20-də Baş Sumqayıt - 5-cı blok/post mənzilində kontakt şəbəkədə yaranan nasazlıq nəticəsində Sumqayıt-Bakı marşrutu ilə işləyən elektrik qatarlarının hərəkəti ləngiyib.

Bu barədə “Azərbaycan Dəmir Yolları” QSC-nin Mətbuat katibliyi şöbəsindən məlumat verilib.

Elektrik qatarı saat 09:10-da təyinatı üzrə yola salınıb. 

"Təcili bərpa işlərinə başlanılıb", - Mətbuat katibliyi şöbəsindən bildirilib.