SOSİUM

21 Aprel

Sumqayıt-Bakı elektrik qatarlarının hərəkətində ləngimə olub

"Bu gün saat 08:20-də Baş Sumqayıt - 5-cı blok/post mənzilində kontakt şəbəkədə yaranan nasazlıq nəticəsində  Sumqayıt-Bakı marşrutu ilə işləyən elektrik qatarlarının hərəkəti ləngiyib". 

“Azərbaycan Dəmir Yolları” QSC-nin Mətbuat katibliyi  şöbəsindən APA-ya verilən xəbərə görə, elektrik qatarı saat 09:10-da təyinatı üzrə yola salınıb.

Təcili bərpa işlərinə başlanılıb.