SOSİUM

17 Aprel

8103 qısa nömrəsinə daxil olan MÜRACİƏTLƏRİN SAYI AÇIQLANDI

Bu günədək evdən çıxmaq istədiklərinə dair vətəndaşlar tərəfindən icazə əldə etmək üçün 8103 qısa nömrəsinə 11 milyon 316 min SMS göndərilib.

Fins.az xəbər verir ki, bu haqda Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elnur Niftəliyev öz “Facebook” hesabında paylaşıb.

Onun sözlərinə görə, bunlardan təqribən 3 milyon 668 mini, yəni 32%-i aidiyyatı olmayan məzmuna sahib olduğu üçün təsdiq cavabı almayıb.

“SMS-lərin 97%-i bir-iki dəqiqə ərzində cavablandırılıb”, - deyə E.Niftəliyev qeyd edib.