Nazirlər Kabinetinin “Azərbaycanda yeni koronavirus xəstəliyinin yayılmasının qarşısının alınmasına dair fəaliyyət planı”nın icrasını təmin etmək məqsədi ilə “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC (ASCO) profilaktik tədbirləri davam etdirir.
Bu barədə ASCO-dan məlumat verilib.
Müəyyənləşdirilmiş qrafikə uyğun olaraq növbəti dezinfeksiya işləri “Abşeron-15”, “Abşeron-19”, “Abşeron-12”, “MPK-474”, “MPK-452”, “İslam Kərimov”, “Şirvan-2”, “Merkuri-1”, “Balakən”, “General Əliağa Şıxlinski”, “Bərdə”, “Professor Gül” gəmilərində aparılıb.
Dezinfeksiya bu sahədə ixtisaslaşmış və müvafiq lisenziyaya malik şirkət tərəfindən həyata keçirilib. Proses ASCO-nun Sosial inkişaf və nəqliyyat şöbəsinin əməkdaşlarının nəzarəti ilə yerinə yetirilib.