SOSİUM

16 Aprel

Qərargah: Komendant saatının tətbiq olunması gündəlikdə deyil

"Komendant saatının tətbiq olunması bu gün gündəlikdə yoxdur".

Fins.az-ın məlumatına görə, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov bildirib.

O qeyd edib ki, hazırda həyati vacib strukturlarda çalışanlar var ki, səhər evdən çıxır, işə gedir, qayıdır. Bəziləri  bu icazədən sui-istifadə edir: "Yoluxma sayı aşağı düşsə də, bu, məsələnin həlli demək deyil. Hətta icazəsi olanlar da iş günləri olmadıqda bundan istifadə etməsinlər və evdə qalsınlar".