SOSİUM

08 Aprel

Parlamentin sabahkı iclasına bəzi deputatlar qatılmayacaq

Milli Məclisin sabah – aprelin 9-da keçiriləcək növbəti plenar iclasında bəzi deputatlar iştirak etməyəcək.

Fins.az-ın əldə etdiyi məlumata görə, parlamentin sabahkı iclasına yaşı 65-dən yuxarı olan deputatlar qatılmayacaq.

Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev bildirib ki, yaşı 65-dən yuxarı olan deputatlar Azərbaycanda tətbiq olunan karantin rejiminin tələblərinə əməl edəcəklər:

“Bu baxımdan mən və yaşı 65-dən çox olan digər həmkarlarım sabahkı iclasda iştirak etməyəcəyik”.