SOSİUM

08 Aprel

Yağış yağacaq, duman olacaq – SABAHIN HAVASI

Milli Hidrometeorologiya Xidmətinin verdiyi məlumata görə aprelin 09-da

Bakıda və Abşeron yarımadasında dəyişkən buludlu olacağı, arabir tutulacağı

gecə və səhər bəzi yerlərdə yağış yağacağı gözlənilir.  Səhər saatlarında duman olacaq. Mülayim cənub-qərb küləyi əsəcək

Havanın temperaturu  gecə 5-7° isti, gündüz  9-12° isti,

Bakıda  gecə 5-7° isti, gündüz 10-12° isti olacaq.

Atmosfer  təzyiqi normadan yüksək 772 mm civə sütunundan 764 mm civə sütununa enəcək.

Nisbi rütubət 70-80 olacaq. 

Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir.

Gecə və səhər ayrı-ayrı yerlərdə duman. Mülayim qərb  küləyi əsəcək. Havanın temperaturu  gecə 1-5° isti, gündüz  9-14° isti, dağlarda gecə 2-7° şaxta, gündüz  5-10° isti  olacaq.