SOSİUM

02 Aprel

Ötən il 74 uşaq dövlət uşaq müəssisələrinə yerləşdirilib

2019-cu ildə rayon (şəhər) icra hakimiyyətlərinin müvafiq sərəncamlarına əsasən 74 uşaq dövlət uşaq müəssisələrinə yerləşdirilib.

Fins.az-ın xəbərinə görə, bu barədə Nazirlər Kabinetinin 2019-cu il fəaliyyətinə dair hesabatında qeyd edilib. Məlumata əsasən, 51 uşaq dövlət uşaq müəssisələrindən bioloji ailələrinin və yaxın qohumlarının himayəsinə qaytarılıb.

Övladlarına qayğı göstərə bilməyən ailələrin və onların uşaqlarının rifahının yaxşılaşdırılması, onların müəssisələrə düşməsinin qarşısının alınması məqsədilə 40 uşaq reabilitasiya xidmətlərinə, 21 uşaq ailə tipli kiçik qrup evində alternativ xidmətə, 264 sağlamlıq imkanları məhdud uşaq reabilitasiya xidmətinə yönləndirilib.