SOSİUM

02 Aprel

Yeni və ya təkrar status sənədi verilən məcburi köçkünlərin sayı açıqlanıb

Ötən il məcburi köçkün statusu almaq məqsədilə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə 37,2 min nəfər məcburi köçkündən müraciət daxil olub.

Fins.az-ın məlumatına görə, bu barədə Nazirlər Kabinetinin 2019-cu il fəaliyyətinə dair hesabatında qeyd edilib.
 
Hesabatda bildirilib ki, Dövlət Komitəsi tərəfindən 22,6 min nəfər məcburi köçkünə yeni və ya təkrar status sənədi (vəsiqə) verilib. 

Sənəddə göstərilib ki, ötən il 12,4 min məcburi köçkün tələbənin təhsil haqqı üçün dövlət büdcəsindən 18,3 milyon manat vəsait ayrılıb.

Hesabatda qeyd edilib ki, 2019-cu ilin fevral ayında 1 nəfər məcburi köçkün gənc Koreya Respublikası səfirliyinin dəstəyi ilə bakalavr təhsili almaq üçün həmin ölkəyə yola salınıb.