SOSİUM

02 Aprel

Yağış yağacaq, duman olacaq – SABAHIN HAVASI

Milli Hidrometeorologiya Xidmətinin verdiyi məlumata görə aprelin 03-də

Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.  Lakin gecə bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Səhər saatlarında duman olacaq. Mülayim şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu  gecə 6-9° isti, gündüz  12-15° isti,

Bakıda  gecə 7-9° isti, gündüz 13-15° isti olacaq.

Atmosfer  təzyiqi 760 mm civə sütunundan 764 mm civə sütununa yüksələcək. 

Nisbi rütubətgecə 75-85  %, gündüz 50-55 % olacaq. 

Azərbaycanın rayonlarında  arabir  yağış, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Bəzi yerlərdə  duman olacaq. Qərb  küləyi gecə və səhər ayrı-ayrı yerlərdə arabir güclənəcək, gündüz şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu  gecə 5-10° isti, gündüz 15-20° isti, dağlarda gecə 2° şaxtadan 3°-dək  isti, gündüz 5-10° olacaq.