SOSİUM

27 Fevral

Şah İsmayıl Xətainin heykəli köçürülür? – RƏSMİ AÇIQLAMA

Şah İsmayıl Xətainin heykəlinin köçürülməsi ilə bağlı Mədəniyyət Nazirliyinə müraciət olunmayıb və bu məsələ Bakı şəhəri İcra Hakimiyyəti qarşısında qaldırılmayıb. Fins.az-ın məlumatına görə bunu jurnalistlərə açıqlamasında Mədəniyyət Naziri Əbülfəs Qarayev deyib. Onun sözlərinə görə, əyər bu məsələyə dair qərar verilsə Nazirlik mütləq buna Şəhərsalma Komitəsi ilə bu məsələyə baxacaq. "Biz hazırda Hacı Zeynalabdin Tağıyevin, Tofiq Quliyevin, Müslüm Maqomayevin heykəlləri haqqında düşünürük. Bu heykəllərin hazırlanması ilə bağlı müsabiqələr keçirilib və onlar artıq hazırlanma prosesindədir. Heydər Əliyev fondu tərəfindən rəhbərlik olunur bu prosesə, biz də orada fəal iştirak edirik",- deyə Ə. Qarayev qeyd edib.