SOSİUM

26 Fevral

Azərbaycanın efir məkanında kompleks profilaktika işləri aparılacaq

Martın 2-də Azərbaycanın efir məkanında kompleks profilaktika işləri aparılacaq.

Fins.az-ın məlumata görə, kompleks profilaktika ilə əlaqədar telekanal və radioların yayımı saat 06:00-dan 15:00-dək dayandırılacaq.

Qeyd edək ki, profilaktika işləri təsdiq olunan cədvələ uyğun olaraq il ərzində 4 dəfə həyata keçirilir. Növbəti profilaktika işləri, iyun, sentyabr və dekabr aylarına təsadüf edəcək.