SOSİUM

26 Fevral

Dövlət ittihamının müdafiəsi üzrə idarəyə yeni rəis müavini təyin olundu

Dövlətin həyata keçirdiyi gənclər siyasəti prokurorluq orqanlarında da öz bəhrəsini verir.

Fins.az məlumatına görə, Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin şöbəsinin rəisi, baş ədliyyə müşaviri Anar Nəsibov tutduğu vəzifədən azad edilərək Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rəis müavini təyin edilib.

Bu barədə Baş Prokurorluğun vebsaytının müvafiq bölməsində məlumatlar yenilənib.

Baş Prokurorluğun Mətbuat Xidməti "Report"a faktı təsdiqləyib.

Qeyd edək ki, Baş prokurorun köməkçisi Zaur Axundzadə Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şöbəsinin rəisi vəzifəsinə təyin edilib.