SOSİUM

26 Fevral

Qars-Naxçıvan dəmir yolunun tikintisi barədə sənəd imzalandı

Dünən Bakıda Qars-Naxçıvan dəmir yolunun tikintisi barədə sənəd imzalanıb.

Fins.az xəbər verir ki, bunu mətbuata birgə açıqlama zamanı Azərbaycan Prezidenti İlham Əliyev bildirib.

"Qars-İğdır-Naxçıvan dəmir yolunin tikintisi Naxçıvanın inkişafını artıracaq",- İlham Əliyev deyib.

“Azərbaycan Respublikasının Hökuməti və Türkiyə Respublikasının Hökuməti arasında Qars-İğdır-Aralık-Dilucu-Sədərək-Naxçıvan-Culfa dəmir yolu xətti layihəsi ilə bağlı Anlaşma Memorandumu”nu Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadə və Türkiyə Respublikasının Nəqliyyat və İnfrastruktur nazirinin müavini Adil Karaismailoğlu imzalayıblar.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanda səfərdədir.

Ərdoğan bildirib ki, Türkiyədən Naxçıvana təbii qaz kəməri çəkiləcəkdir.