SOSİUM

05 Fevral

Ölkə iqtisadiyyatının 3-dən 1-i – SƏBAİL RAYONUN PAYINA DÜŞÜR

2019-cu ilin yanvar-dekabr aylarında Bakıda 39 milyard 667 milyon manatlıq məhsul istehsal edilmişdir. Bu göstərici ümumi daxili məhsulun 48,4% deməkdir. Belə ki, 2019-cu ildə ümumi daxili məhsulun həcmi  81 milyard 681 milyon manat olub.

Fins.az xəbər verir ki, Bakıda 2019-ci il üzrə məhsul istehsal göstəricisi 2018-ci illə müqayisədə 1 milyard 631 milyon manat və ya 3,98% azdır. 2018-ci ildə bu göstərici 41 milyard 298 milyon manat təşkil etmişdi. İstehsala olunan malın 230 milyon 634 min manatlığı və ya 0,80% anbarda qalıb.

Ümumilikdə Bakıda məhsul istehsalının 72,9%-ni Səbail rayonun payına düşüb. Ən az məhsul istehsalı Xəzər rayonunda olub. Belə ki, qeyd edilən rayonda 291 milyon manatlıq məhsul istehsal olunub. Bu da ümumi məbləğin 0,13% dir.

Qeyd edək ki, 2018-ci illə müqayisədə 2019-cu ildə yalnız Nəsimi, Səbail, Suraxanı rayonlarında məhsul istehsalında azalma baş verib. Digər 9 rayonda artım olub.

2018-ci illə müqayisədə ən böyük artım dinamikası  Nizami rayonunda olub – 17,5%. İkinci ən böyük artım 15,8% Yasamalda , üçüncü isə 15,4% lə  Xəzər rayonunda təşkil etmişdir.

© FED