SOSİUM

05 Fevral

Azərbaycanın bu rayonunda – ORTA MAAŞ 1700 MANATDIR

Bakı şəhərinin 12 inzibati rayonları üzrə orta aylıq əməkhaqlarının məbləği açıqlanıb.

Fins.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, Bakının rayonları üzrə ən yüksək orta aylıq əməkhaqqı Pirallahı rayonundadır. Bu rayonda arta aylıq əməkhaqqı  1 662,7 manat təşkil edir.

Əməkhaqqı məbləğinə görə ikinci ən çox maaş verilən rayon Səbail rayonudur. Bu rayonda orta aylıq əməkhaqqı  1 499,6 manat təşkil edir. Orta aylıq əməkhaqına görə, 3-cü ən çox maaş verilən rayon Qaradağ olub. Burada orta aylıq əməkhaqqı  1 185,5 manat təşkil edib.

2019-cu ilin yanvar-noyabr aylarında  Bakı şəhəri üzrə muzdlu işçilərin sayı əvvəlki ilin müvafiq dövrünə nisbətən 88324  nəfər artaraq 804692 nəfər olmuşdur.

2019-cu yanvar-noyabr aylarınin ilkin məlumatlarına əsasən əvvəlki ilə nisbətən işçilərin orta aylıq nominal əməkhaqqı 9,3 faiz artaraq 855,4  manat olmuşdur.

© FED