SOSİUM

04 Fevral

Bakıya 300 ədəd 18 metrlik avtobus gətirilib

Bakıya 300 ədəd yeni və müasir avtobus gətirilib. Fins.az-ın məlumatına görə, bu barədə Bakı Nəqliyyat Agentliyinin İdarə Heyətinin sədri Vüsal Kərimli deyib.

Onun sözlərinə görə, yaxın vaxtlarda həmin avtobuslar marşrut xətlərinə buraxılacaq:

"Həmin avtobuslıar 18 metrlikdir. Prezident İlham Əliyevin göstərişi ilə bu il üçün daha 415 yeni avtobusun alınması nəzərdə tutulur. Bu da Bakıda avtobus parkının təxminən 60-70 faizinin yenilənməsinə səbəb olacaq".