SOSİUM

04 Fevral

Azərbaycanın iki futbolçusu Tailand klubu ilə müqavilə imzalayıb

Azərbaycanın daha iki futbolçusu Tailand klubunda çıxış edəcək. 

Fins.az-ın məlumatına görə, Anar Babayev və Kamil Hüseynov asiyalılarla danışıqları müsbət yekunlaşdırıb. 

Onlar aşağı liqa təmsilçisi "Muangnont Bankunmae" ilə anlaşıblar. Hər iki futbolçu 1 illik müqaviləyə imza atıb. 

Bunadək Məmməd Quliyev Tailandın "Kamhenqfet" komandasında keçib. 

Qeyd edək ki, Babayev "Səbail"də, Hüseynov AZAL-da oynayıb.