SOSİUM

04 Fevral

Azərbaycanda lotereyada böyük “Cek Pot\" uduldu

Bu il fevralın 3-də “Yeni Binqo” tirajlı lotereyasının 109-cu tirajında “Cek Pot” pul mükafatı 1 bilet tərəfindən udulub.

Bu barədə İqtisadiyyat Nazirliyinə məxsus “Azərlotoreya” ASC-yə istinadən xəbər verilir. 

Məlumata görə, “Cek Pot”un ümumi məbləği 36 000 manat olub. Onu 003996 nömrəli biletin sahibi udub.

© “Report”