SOSİUM

03 Fevral

Baharın Azərbaycana gələcəyi vaxt və Novruz çərşənbələrinin TARİXLƏRİ AÇIQLANDI

Baharın Azərbaycana gələcəyi vaxt və Novruz çərşənbələrinin tarixləri açıqlanıb

Baharın Azərbaycana gələcəyi vaxt açıqlanıb.

N. Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından  verilən xəbərə görə, bu il bahar Azərbaycana martın 20-si saat 07:49:36-də daxil olacaq. Bu zaman gecə ilə gündüz bərabərləşəcək. Günəş ekliptika üzrə hərəkət edərək cənub yarım kürəsindən şimal yarım kürəsinə keçəcək və həmin andan Şimal yarım kürəsində yaz fəsli başlayacaq.

Fevralın 25-i Su, martın 3-ü Od, martın 10-u Yel, martın 17-si Torpaq (İlaxır) çərşənbələri qeyd olunacaq.