SOSİUM

31 Yanvar

Bakının bu rayonunda hərəkət məhdudlaşdırılacaq

Bakı Xətai rayonunun İnqilab İsmayılov küçəsinin təmiri ilə əlaqədar olaraq, bu gündən fevral ayının 1-nə keçən gecədən etibarən sözügedən küçədə nəqliyyat vasitələrinin hərəkəti müvəqqəti olaraq məhdudlaşdırılacaq.

Bu barədə Fins.az-a Azərbaycan Avromobil Yolları Dövlət Agentliyindən məlumat verilib.

Agentlik baş verə biləcək narahatlığa görə vətəndaşlardan üzr istəyib və sürücülərdən hərəkət istiqamətlərinə uyğun olaraq öncədən alternativ yollar seçməklərini tövsiyə edib.