SOSİUM

30 Yanvar

2019-cu ildə Azərbaycanda yük daşımalarının həcmi 2,2% artıb

2019-cu ildə Azərbaycanda bütün növ nəqliyyat vasitələri ilə yük daşımalarının həcmi 235 milyon 321,6 min ton təşkil edib ki, bu da 2018-ci ilin göstəricisindən 2,2% çoxdur.

Fins.az xəbər verir ki, Dövlət Statistika Komitəsindən məlumat verilib.

Yük daşımalarının strukturunda 82,5% qeyri-dövlət nəqliyyat müəssisələrinin, 17,5% dövlət sektorunun payına düşüb. Bununla yanaşı, 2019-cu ildə qeyri-dövlət nəqliyyat müəssisələri tərəfindən yük daşımalarının həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,5% artıb.

Hesabat dövründə dəmir yolu ilə 15 milyon 232,7 min ton (tranzit yüklər daxil olmaqla) yük daşınıb ki, bu da 2018-ci ilin göstəricisindən 9,2% çoxdur.

Dəniz nəqliyyatı ilə 5 milyon 968,7 min ton (azalma 27,5%), avtomobil nəqliyyatı ilə 155 milyon 317,9 min ton (artım 4%), hava nəqliyyatı ilə 206,4 min ton (azalma 0,7%) müxtəlif yük daşınıb.

Hesabat dövründə daxili neft kəmərləri vasitəsilə 38 milyon 786,7 min ton neft (azalma 6,5%) nəql olunub. Nəqlin qalan həcmi magistral qaz kəmərlərinin payına düşüb