SOSİUM

29 Yanvar

Temperatur 14 dərəcəyə yüksələcək – SABAHIN HAVASI

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə:

Bakıda və Abşeron yarımadasında

Yanvarın 30-dahavanındəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə duman olacaq. Cənub-qərb küləyi günün ikinci yarısında şimal-qərb küləyi ilə əvəz olunacaq.

 Havanın temperaturu  Abşeron yarımadasında gecə 3-6, gündüz  12-14,Bakıda  gecə4-6, gündüz  12-14 dərəcə isti olacaq.Atmosfer  təzyiqi  759 mm civə sütunu təşkil edəcək, nisbi rütubət gecə 70-80, gündüz  50-55 faiz olacaq.

Azərbaycanın rayonlarında

Yanvarın 30-dahavanınəsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq, qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. 

Havanın temperaturugecə 1 dərəcə şaxtadan 3 dərəcəyədək  isti, gündüz  11-16 dərəcə  isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz  2-7 dərəcə isti olacaq.

Tibbi-meteoroloji proqnoz

Yanvarın 30-da Abşeron yarımadasında sabit hava şəraitinin üstünlüyü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.