SOSİUM

13 Yanvar

Çin-Avropa marşrutu üzrə Azərbaycandan keçən konteyner qatarlarının sayı 5% artıb

Ötən ildə Çin-Avropa-Çin marşrutu üzrə Azərbaycandan keçən konteyner qatarlarının sayı 2018-ci illə müqayisədə 5% artıb.

Fins.az xəbər verir ki, bu barədə Qazaxıstan mediası "Qazaxıstan Dəmir Yolları – Yük daşımaları” şirkətinin mətbuat xidmətinə istinadən məlumat yayıb.

Məlumata görə, 2019-cu ildə Çin-Avropa-Çin marşrutu üzrə Azərbaycandan keçən konteyner qatarlarının sayı 3071 ədəd təşkil edib.

Bildirək ki, 2018-ci ildə bu göstərici 2925 ədəd olmuşdu.

O da vurğulanıb ki, 2019-cu ildə qatarların hərəkət sürəti 15% artıb və 1034 km/günə çatıb.

Xatırladaq ki, Çindən Avropaya konteyner qatarları Qazaxıstan, Azərbaycan, Gürcüstan, Türkiyə, Bolqarıstan, Serbiya, Macarıstan və Slovakiya ərazisindən keçməklə Praqaya (Çexiya) qədər 11,5 min km məsafədə uzanır