SOSİUM

13 Yanvar

MSK sədri: Parlament seçkilərində iştirak etmək üçün 934 namizəd qeydə alınıb

Fevralın 9-da keçiriləcək parlament seçkilərində iştirak etmək üçün indiyə qədər 2431 nəfər müraciət edib. Müraciət edənlərin 2354 nəfərinin namizədliyinin irəli sürülməsi artıq təsdiqlənib. Onlardan 2247 nəfəri imza vərəqələrini götürüb, 1764 nəfəri imza vərəqələrini qaytarıb, 934 nəfərin isə deputatlığa namizədliyi qeydə alınıb. Bu barədə Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov bildirib. MSK sədri qeyd edib ki, namizədliyi qeydə alınan 934 nəfərdən 267-si siyasi partiya üzvləridir.