SOSİUM

09 Yanvar

Azərbaycanda Uşaq Səfirlər Məclisi yaradılır

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi 2020-ci il “Könüllülər ili” olması prosesinə uşaqların da töhfə verməsi, iştirakının təmin olunması, eləcə də uşaqlarda müstəqil özünü ifadə etmə bacarığının, idarəetmə mədəniyyətinin formalaşması məqsədilə Uşaq Səfirlər Məclisinin yaradılmasını elan edir.

Fins.az-ın məlumatına görə, Məclis üzvləri tərəfindən uşaq hüquqlarının müdafiəsi, uşaq inkişafı, həmçinin, uşaqları narahat edən məsələlər barədə müzakirələr aparılacaq, onların həlli istiqamətində təkliflər irəli sürüləcək. Dövlət Komitəsi Məclis üzvü seçilmək arzusunda olan 14-18 yaş arasında olan uşaqları təşkil edilən müsabiqədə iştirak etməyə dəvət edir.

Məclis üçün ilkin qeydiyyat və növbəti mərhələlər haqqında ətraflı məlumatı Dövlət Komitəsinin saytından almaq olar.