SOSİUM

08 Yanvar

Əli Həsənovun oğlu \"Xəzər TV\"-dən çıxarıldı

Prezident Administrasiyasının keçmiş şöbə müdiri Əli Həsənovun oğlu Şamxal Həsənli "Xəzər TV"də tutduğu vəzifədən azad edilib. "Qafqazinfo" xəbər verir ki, bu iddia ilə Baku.ws saytı çıxış edib.

Məlumata görə, telekanal rəhbəri bu gün kollektivlə sağollaşıb.

BakuPost.az saytı isə Şamxal Həsənlinin yerinə artıq yeni təyinatın olduğunu yazıb. İddiaya görə, bu vəzifəyə Xalq artisti, tanınmış şoumen Murad Dadaşov gətirilib.

© Qafqazinfo