SOSİUM

08 Yanvar

Bu piyada keçidi ayın sonuna kimi istifadəyə veriləcək

İnşasına bir müddət əvvəl başlanılan''Şamaxinka'' kimi tanınan ərazidəki piyada keçidi bu ayın sonuna kimi istifadəyə veriləcək. Hazırda keçiddə son tamamlanma işləri gedir. Avtomobil Yolları Dövlət Agentliyindən bildirilib ki, keçidin inşasında gecikmə yoxdur və işlər nəzərdə tutlmuş vaxtda yekunlaşdırılacaq.

Fins.az xəbər verir ki, paytaxtın "Şamaxinka" kimi tanınan ərazidə Moskva prospekti ilə 20 yanvar küçəsinin kəsişməsində inşası davam edən keçiddə son tamamlanma işləri aparılır.

Keçidin inşası ilə əlaqədar ərzaidə avtomobil yolu və piyada hərəkətində də müəyyən məhdudiyyətlər var.

Məsələyə Azərbaycan Avtomobil Yollari Dövlət Agentliyi də münasibət bildirib.Qeyd edilib ki, piyada keçidinin tikintisində heç bir gecikmə yoxdur. Tikinti isləri layihəyə uygun aparilir. Layihədə tikinti islərinin 2019-cu ilin sonu, 2020-ci ilin əvvəlində istifadəyə verilməsi qeyd edilib. Hazirda keçidin əsas isləri tam yekunlasib. Yaxin vaxtlarda keçidin iki girisinə lift qurasdirilacaq. Bu ayin sonuna qədər keçid açilaraq piyadalarin istifadəsinə veriləcək.

Qeyd edək ki, piyada keçidi üstü açiq və asma tiplidir. 3 giris-çixisli olmaqla ümumi uzunlugu 130 metr, eni 3 metrdir.

"xəzərxəbər"