SOSİUM

28 Dekabr

Sabaha olan HAVA PROQNZOU

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə:

Bakıda və Abşeron yarımadasında

Dekabrın29-dahavanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, bəzi yerlərdə duman, çiskin olacağı gözlənilir. Şimal küləyi əsəcək.

Havanın temperaturu Bakıda vəAbşeron yarımadasında  gecə 5-7, gündüz 10-12dərəcə isti olacaq.

Atmosfer təzyiqi normadan yüksək 765 mm civə sütunundan 769 mm civə sütununa yüksələcək, nisbi rütubət gecə 75-85, gündüz 60-70 faiz olacaq.

Azərbaycanın rayonlarında

Dekabrın29-dabəzi yerlərdə yağış, dağlıq rayonlarda qar yağacağı, gündüz havanınəsasən yağmursuz keçəcəyi gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 1-6, gündüz 8-13 dərəcə isti, dağlarda gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 4-9 dərəcə isti olacaq.

Tibbi-meteoroloji proqnoz

Dekabrın 29-30-da Abşeron yarımadasında meteoroloji amillərin zəif tərəddüdü və iqlim normasına yaxın temperatur rejimi gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.