SOSİUM

27 Dekabr

\"Mən sizə irad tutmuşam, onlar təhlükə yarada bilər\"

Azərbaycan Prezidenti İlham Əliyev bəzi yollarda daralma və böyüməni Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə irad tutub.

Fins.az xəbər verir ki, Azərbaycan  Prezidenti İlham Əliyev dekabrın 26-da Bakı-Quba-Rusiya Federasiyası dövlət sərhədi yeni avtomobil yolunun tikintisi ilə tanış olan zaman Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədova deyib:

 

Prezident İlham Əliyev: İndi gərək yol boyu bütün texniki parametrlər gözlənilsin, yolları ikiyə ayıran yerlər də müasir səviyyədə olmalıdır. Çünki mən sizə irad tutmuşam, bəzi yollarda daralma var, böyümə var. Ona görə onlar yolda təhlükə yarada bilər. Burada ayırıcı bir xətt olmalıdır.

 

Saleh Məmmədov: Bəli cənab Prezident, bir xətt olacaq. Sizin göstərişinizə əsasən həmin keçidləri müəyyən hissələrdə qoymuşuq. Bu yolda Taxtakörpüdən gələn su kanallarından suvarma torpaqlarına keçidlər var. Hamısı böyük keçidlərdir, insanlar və heyvanlar üçün keçidlər də nəzərə alınıb. Yolboyu rayon mərkəzlərinə ayrılan keçidlər var, qəsəbələrə getmək və geri dönmə üçün 14 yol qovşağı nəzərdə tutulub.