SOSİUM

26 Dekabr

Pensiyalarla bağlı yaxşı xəbər - 14-15% ARTIM - VİDEO

Yanvarın 1-dən etibarən bütün növ pensiyalar təxminən 14%-15% faiz artırılacaq.

Fins.az xəbər verir ki, bunu Dövlət Sosial Müdafiə Fondunun şöbə müdiri Eyvaz Hüseynov deyib. O bildirib ki, pensiyalar orta aylıq əməkhaqlarının artımı qədər artırılacaq.

Dövlət və hərbi qulluqçular, xüsusi rütbəli şəxslər və digər kateqoriyadan olan şəxslərin pensiyaları isə əməkhaqlarında olan artıma görə müəyyən ediləcək.