SOSİUM

26 Dekabr

Sabaha olan HAVA PROQNOZU

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə:

Bakıda və Abşeron yarımadasında

Dekabrın 27-də havanınd əyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər və axşam bəzi yerlərdə duman, çiskin olacaq. Şimal küləyi əsəcək.

Havanın temperaturu Abşeron yarımadasında  gecə 5-8, gündüz 10-13, Bakıda gecə 5-7, gündüz 10-12 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında

Dekabrın27-dəhava əsasən yağmursuz keçəcək, lakin şimal və qərb rayonlarında havanın yağıntılı olacağı, dağlıq rayonlarda qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 1-6, gündüz 8-13 dərəcə isti, dağlarda gecə 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti, gündüz 4-7 dərəcə isti olacaq.

Tibbi-meteoroloji proqnoz

Dekabrın 27-28-də Abşeron yarımadasında zəif şimal küləklərinin üstünlüyü və iqlim normasına yaxın temperatur rejimi gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.