SOSİUM

24 Dekabr

“Grand Hayat” MTK cərimələnib

Bakı Apellyasiya Məhkəməsində “Grand Hayat” MTK-nın inzibati qaydada cərimə edilməsi barədə qərardan verilən şikayətə baxılıb.

Fins.az-ın xəbərinə görə, hakim İlqar Murquzov “Grand Hayat”ın şikayətini təmin etməyib və şirkətin 1500 manat cərimə edilməsi barədə Yasamal Rayon Məhkəməsinin qərarını dəyişdirmədən saxlayıb.

"Yeni Hayat" Şirkətlər Qrupunun layihələrindən olan "Grand Hayat" Tbilisi prospektində yerləşən 24 yaşayış mərtəbəsi və 1920 mənzili olan 10 təkbloklu binadan ibarət yaşayış kompleksdir.

Xatırladaq ki, "Yeni Hayat" Şirkətlər Qrupunun layihələrinə "Yeni Hayat Residence", "Yeni Hayat Plaza", "Azure Kompleksi" və s. layihələr daxildir. 

© Report