Siyasət

14 Aprel

Tramp yeni rüsum tətbiq edəcəyini sahələri açıqlayıb

Finss.az - ABŞ Prezidenti Donald Tramp növbəti həftə yarımkeçiricilərin idxalına gömrük rüsumları tətbiq edəcəyini açıqlayıb.

Prezident rüsumların konkret məbləğini isə hələlik dəqiqləşdirməyib. Tramp, bunun ABŞ iqtisadiyyatını gücləndirmək və yerli istehsalı artırmaq məqsədilə edildiyini bildirib.

"Necə ki, poladla, avtomobillərlə, alüminiumla etdik, biz eyni şeyi yarımkeçiricilər, çiplər və digər texnologiya məhsulları ilə edəcəyik. Bu, yaxın gələcəkdə baş verəcək", – Tramp qeyd edib.

Prezident həmçinin, çiplər və yarımkeçiricilərin ABŞ-da istehsalının artırılmasının vacibliyini vurğulayıb və bu addımın ölkənin texnoloji müstəqilliyini təmin edəcəyini qeyd edib.

Bundan əlavə, Tramp dərman preparatlarına da rüsum tətbiq edəcəyini açıqlayıb. Onun sözlərinə görə, məqsəd ABŞ-da dərman istehsalını artırmaq və beləliklə, xarici ölkələrdən, xüsusilə Çindən asılılığı azaltmaqdır. "Biz dərmanlarımızı ABŞ-da istehsal edəcəyik ki, müharibə və ya başqa hər hansı bir böhran vəziyyətində asılılıq yaşamağaq", – deyə o bildirib.

Tramp həmçinin, elektronika məhsullarına – xüsusən də smartfonlara və planşetlərə tətbiq ediləcək tariflərlə bağlı da açıqlama verəcəyini bildirib. O, bu məsələnin çox yaxın zamanda müzakirə olunacağını və şirkətlərlə danışıqlar aparılacağını vurğulayıb.

"Bu qərarlar maliyyə baxımından ölkəmizi heç vaxt olmadığı qədər güclü edəcək", – ABŞ Prezidenti əlavə edib.

Trampın açıqlamaları, həmçinin ölkənin iqtisadi müstəqilliyini təmin etmək və xarici ölkələrdən gələn malların istehsalını yerli bazarlara yönəltmək məqsədi güdür.