Finss.az - ABŞ Prezidenti Donald Tramp, martın 18-də Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığı keçirməyi planlaşdırdığını açıqlayıb.
Tramp, "Fikrimcə, Rusiyayla münasibətlərimiz yaxşı gedir. Çərşənbə axşamı bir şey elan edə bilərik. Mən prezident Putinlə çərşənbə axşamı danışacağam", – deyə Ağ Evin mətbuat heyətinə bildirib.
Prezident Tramp, danışıq zamanı əsasən ərazi məsələlərini və elektrik stansiyalarını müzakirə etməyi niyyətində olduğunu da əlavə edib. "Biz torpaqlardan danışacağıq və elektrik stansiyalarını müzakirə edəcəyik, çünki bu, böyük bir məsələdir", – deyə Tramp qeyd edib.
ABŞ və Rusiya arasında müxtəlif sahələrdə müzakirələrin aparılması gözlənilir, xüsusilə enerji və ərazi məsələləri ön plana çıxacaq.