Siyasət

06 Fevral

Azad olunan ərazilərdə daha 382 ha minadan təmizlənib

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə minatəmizləmə əməliyyatları barədə həftəlik məlumat açıqlayıb.

ANAMA-dan  bildirilib ki, yanvarın 30-dan fevalın 4 -dək Tərtər, Ağdam, Füzuli, Şuşa, Qubadlı, Laçın, Cəbrayıl və Zəngilanda 0 piyada əleyhinə mina, 7 tank əleyhinə mina və 168 Partlamamış Hərbi Sursat (PHS) aşkarlanıb.

Bildirilib ki, 382 hektar ərazi mina və PHS-lərdən təmizlənib.