Rusiya sülhməramlılarına məxsus avtomobillər həmişə olduğu kimi, bu gün də Laçın-Xankəndi yolunda dinc məqsədlə təşkil olunan aksiya ərazisindən sərbəst hərəkət edirlər.
Fins.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu dəqiqələrdə sülhməramlılara məxsus növbəti iki təminat avtomobilinin Laçından Xankəndi istiqamətinə doğru hərəkətinə şərait yaradılıb.
Bu, bir daha onu göstərir ki, ərazidə hərəkətin sərbəstliyi mütəmadi təmin olunur. Heç də siyasi xarakter daşımayan aksiya humanitar məqsədlərə xidmət edir.
Qeyd edək ki, Ermənistan mətbuatında yayılan və etirazçıların guya Laçın-Xankəndi yolunu bağladıqları və təminat avtomobillərini buraxmadıqları ilə bağlı xəbərlər qarşı tərəfin növbəti dezinformasiyasıdır.
