Siyasət

17 İyun

MN: Kəlbəcər istiqamətində mövqelərimiz atəşə tutulub

İyunun 17-si gecə saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan Ordusunun dövlət sərhədinin Kəlbəcər rayonunun Dəmirçidam yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub.

Müdafiə Nazirliyindən verilən xəbərə gör, Ordumuzun bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb.