21 “Azərxalça” filialında ümumilikdə bitmiş yeni 149 xalça kəsilib,
“Xalçaçı günü”ndə “Azərxalça” ASC rəhbərliyi xalçaçılıq sənətinin inkişafı və tərənnümündə rolu olan bütün əməkdaşlarını xüsusi təşəkkürnamələrlə təbrik edib. Hər bir emalatxanada il ərzindəki xüsusi fəaliyyətinə görə fərqlənən dəyərli toxucular isə xüsusi hədiyyələrlə mükafatlandırılıblar.
Fina.az xəbər verir ki, əlamətdar gündə 21 “Azərxalça” filialında ümumilikdə bitmiş yeni 149 xalça kəsilib,
“Xalçaçı günü”ndə gənclər də xalçaçılarımızı diqqətdən kənar qoymayıblar. “Regional İnkişaf” İctimai Birliyi və “Azərxalça” ASC birlikdə milli-mədəni irsimizə hörmətlə gənclərin xalçaçılıq sənətinə olan diqqət və marağını nəzərə alaraq, “Azərxalçaya səyahət” adlı birgə lahiyə həyata keçiriblər. 5 may tarixində RİİB könüllülərinin köməyi və təşkilatçılığı ilə 21 emalatxanaya müxtəlif saatlarda və qruplar şəklində 30 gəncin səyahəti təşkil olunub. Gənclər əl istehsalı xalçaçılıq sahəsində praktiki bacarıqlara yiyələnməklə yanaşı, kompozisiya, koloristika və dekorativ-tətbiqi sənətinin ilkin əsasları haqqında anlayışların formalaşmasına yönəlmiş məlumatlara da yiyələniblər. Əsas məqsəd gənclərin xalçaların toxunması, milli irs sənətinə marağını artırmaqdır.