Siyasət

02 Fevral

BMT Azərbaycana 2 mln dollar ayırdı

BMT-nin Bakı ofisi İnterfaks-Azərbaycan-a bildirib ki, BMT 2020-ci ilin payızında Qarabağdakı hərbi əməliyyatlarda zərər çəkmiş vətəndaşlara humanitar yardım göstərmək üçün Azərbaycana 2 milyon dollar maliyyə yardımı ayırır.

Fins.az xəbər verir ki, Vəsait Mərkəzi Fövqəladə Hallar Mübarizə Fondu (CERF) vasitəsilə ayrılacaq.

Məlumatda bildilir ki,humanitar yardım təsirlənmiş əhaliyə mənzil və qeyri-ərzaq məhsulları təmin etmək, minaların təmizlənməsi işini koordinasiya etmək, lazımi dərman və tibbi avadanlıqları çatdırmaq və psixiatrik və psixoloji və sosial xidmətlər göstərmək üçün istifadə ediləcək

Təşkilata görə, bu yardım BMT qurumlarının "Dağlıq Qarabağ münaqişəsi qurbanlarının normal məcraya qayıtması" işindəki fəaliyyətinin miqyasını artıracaqş

Müəllif: Aynur Qəniyeva