Türkiyə hava nəqliyyatı sektorunun yanacaq ehtiyacını təmin edən ən böyük üç şirkətdən biri olan SOCAR AVIATION Milas-Bodrum hava limanında öz yanacaqdoldurma məntəqəsini istismara verdi.
Fins.az xəbər verir ki,SOCAR məlumat yayımlayıb
Məlumata görə bu obyektdə ildə 3000 təyyarənin yanacaqla təchiz olunması planlaşdırılır.
Türkiyənin ən böyük birbaşa xarici investoru olan “SOCAR Türkiyə”nin tədricən ölkənin hava nəqliyyatı sektoru ilə birlikdə genişlənən markası SOCAR AVIATION Muğlada yerləşən Milas-Bodrum hava limanında yanacaq təchizatını artıq öz obyektindən həyata keçirəcək. “SOCAR Türkiyə” Dövlət Hava Limanları İdarəçiliyi (DHMİ) tərəfindən elan ediən tenderdə SOCAR AVIATION markası ile qalib gəldikdən sonra Milas-Bodrum yanacaqdoldurma obyektini istifadəyə verib.
Obyektdən ilk yanacaq təchizatı 21 iyul 2020-ci il tarixində Türk Hava Yollarına (THY) gerçəkləşdirilib.
Müəllif:Aynur Qəniyeva